🎉 Azərbaycan Mühəndislər Birliyi Yeni Könüllülərlə Görüş Keçirdi!
📅 27 sentyabr 2025-ci il tarixində Azərbaycan Mühəndislər Birliyinin Könüllülük Proqramıba yeni qəbul olunmuş könüllülərlə tanışlıq görüşü təşkil etdi.
Görüş zamanı iştirakçılar Birliyin fəaliyyəti, Könüllük Proqramı və gələcək imkanlarla tanış oldular. 💡
Tanışlıq mərhələsində keçirilən interaktiv oyunlar könüllülərin bir-biri ilə daha yaxından ünsiyyət qurmasına və komanda ruhunun formalaşmasına kömək etdi. 🤝
Tədbirin davamında könüllülər departamentlər üzrə komandalara bölünərək birliyin gələcək fəaliyyəti və yeni təkliflər, ideyalar üzrə brainstorming sessiyası keçirdilər və təqdimatlarını etdilər. 🧠
Bu sessiya zamanı iştirakçılar yaradıcı fikirlərini bölüşdülər və gələcək layihələr üçün ilkin təşəbbüslər formalaşdırdılar. 🚀
Bu görüş yeni üzvlərin təşkilata inteqrasiyası və mühəndislik icmasında aktiv iştirakının təşviqi baxımından mühüm addım oldu. 🌟
Yeni könüllülərimizə fəaliyyətlərində uğurlar arzu edirik!
#AzərbaycanMühəndislərBirliyi #Engineering #VolunteerProgram #Teamwork #Innovation #Brainstorming #STEM #YouthDevelopment #Networking #azmiib




November 03, 2025 - Paylaşdı: Admin