📢 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində Neft-qaz mühəndisliyi üzrə “Completion Equipments” adlı seminar uğurla başa çatdı!
Seminar Səbuhi Həsənzadənin təqdimatında keçirildi və iştirakçılara neft və qaz quyularında istifadə olunan tamamlanma avadanlıqları, onların növləri, quruluşu və istismar prinsipləri ilə bağlı geniş biliklər qazandırıldı.
📍 Seminarın əsas mövzuları:
🔹 “Completion Equipments” üzrə əsas anlayışlar və onların növləri
🔹 Avadanlıqların neft və qaz quyularında tətbiq sahələri
🔹 Tamamlanma prosesində istifadə olunan texniki və təhlükəsizlik prinsipləri
🔹 Beynəlxalq standartlara uyğunluq və müasir yanaşmalar
🔹 Sənayedə istifadə olunan qabaqcıl texnologiyaların real nümunələr əsasında təhlili
Təlim zamanı iştirakçılarla interaktiv müzakirələr aparıldı və praktiki biliklər möhkəmləndirildi.
Bu dəyərli və peşəkar təqdimat üçün Səbuhi Həsənzadəyə təşəkkür edirik! 💙
Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 🚀




November 08, 2025 - Paylaşdı: Admin