[email protected] +994 99 303 07 01
May 31, 2026 - Paylaşdı: Admin

Neft-qaz Departamenti üzrə yeni Sahə Gəzintisi!

📢 Azərbaycan Mühəndislər Birliyinin Neft-qaz Departamenti üzrə yeni Sahə Gəzintisi!

Bu dəfə təşkil olunacaq sahə gəzintisi SOCAR AZNEFT İB Pirallahı yatağına olacaq. İştirakçılar bu ziyarət zamanı neft hasilatı sahəsində həyata keçirilən proseslər və sahə mühiti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Sahə gəzintisi çərçivəsində iştirakçılar:

🔹 Neft hasilatı proseslərinin əsas mərhələləri
🔹 Quyuların istismarı və işləmə prinsipləri
🔹 İstifadə olunan avadanlıqlar və texnoloji sistemlər
🔹 Təhlükəsizlik qaydaları, əməliyyat və nəzarət mexanizmləri haqqında həm nəzəri, həm də praktiki məlumat əldə edəcəklər

📅 Tarix və saat: 23 aprel, 08:00
⏳ Qeydiyyat üçün son tarix: 19 aprel, saat 20:00
🔗 Qeydiyyat linki: https://forms.gle/ef89tkxmTEC5S2sh7

📌 Qeyd: Gəzinti yalnız Azərbaycan Mühəndislər Birliyinin Neft-qaz departamentinin üzvləri üçün nəzərdə tutulmuşdur. Seçim daha əvvəl heç bir texniki gəzintidə iştirak etməyən üzvlərin motivasiya məktubu və aktivlik balına əsasən aparılacaqdır.