📢 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində
Kimya mühəndisliyi üzrə 29 oktyabr tarixində keçirilən “Inside the refinery: Process engineering behind fuel production” adlı seminar uğurla başa çatdı.
Seminar mühəndis Aygül Kərimovanın təqdimatında keçirildi və iştirakçılara neft emalı zavodlarında yanacaq istehsalının mühəndislik prosesləri barədə həm nəzəri, həm də praktiki biliklər qazandırıldı.
📍 Seminarın əsas mövzuları:
🔹 Neftin tərkibi və ilkin emal mərhələləri
🔹 Distillə (fraksiyalı buxarlanma) prinsipi və kolon dizaynı
🔹 Proseslərin monitorinqi və optimallaşdırılması
🔹 Xammal və məhsul keyfiyyətinin təhlili
🔹 Enerji səmərəliliyi və ekoloji amillər
🔹 Emal proseslərində avtomatlaşdırma və idarəetmə sistemləri
🔹 Mühəndislikdə məlumat analizi və korrelyasiya üsulları
Seminar zamanı iştirakçıların sualları cavablandırıldı, real sənaye nümunələri üzərində müzakirələr aparıldı və praktiki biliklər möhkəmləndirildi.
Bu faydalı və dəyərli seminar üçün mühəndis Aygül Kərimovaya təşəkkür edirik! 💙
Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!
November 08, 2025 - Paylaşdı: Admin