[email protected] +994 99 303 07 01
March 05, 2026 - Paylaşdı: Admin

Azərbaycan Mühəndislər Birliyinin könüllülərindən innovasiya uğuru.

Azərbaycan Mühəndislər Birliyinin İnnovasiya və Elmi Tədqiqatlar departamentinin könüllüləri tərəfindən hazırlanan layihə innovasiya sahəsində növbəti uğura imza atdı! 🚀


Komanda tərəfindən hazırlanan, sağlamlıq göstəricilərini real vaxtda izləyən və risk zamanı avtomatik SOS siqnalı göndərən innovativ smart üzük – **AldeRing** layihəsi *Idealise* inkubasiya proqramında uğur qazanaraq 5000 AZN mükafata layiq görülüb. 🏆


🔹 Zəhra Məmmədli — AZMİİB-in İnnovasiya və Elmi Tədqiqatlar departamentinin könüllüsü, ADNSU-nun İnformasiya Təhlükəsizliyi ixtisası üzrə 2-ci kurs tələbəsi, AldeRing startapının təsisçisi və hardware lead-dir.


🔹 Xədicə Hüseynli — AZMİİB-in İnnovasiya və Elmi Tədqiqatlar departamentinin könüllüsü, ADNSU-nun Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisası üzrə 4-cü kurs SABAH qrupları tələbəsi, Azercosmos-da Data Analitika üzrə təcrübəçi və layihənin data sistemləri üzrə çalışır.


🔹 Rahil Ağabəyli — AZMİİB-in Proseslərin Avtomatlaşdırılması departamentinin könüllüsü, ADNSU-nun Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisası üzrə 4-cü kurs SABAH qrupları tələbəsi, layihənin sistem optimizasiyası sahəsində çalışır.


Gənclərimizin bu nailiyyəti elm və texnologiya sahəsində ölkəmizin gələcəyinə atılmış mühüm addımdır.


Könüllülərimizə texniki dəstək və mentorluq göstərdiyi üçün @intech.main komandasına və rəhbərliyinə təşəkkür edirik.