🎓 Azərbaycan Mühəndislər Birliyinin üzvü Bakir Rəhimov, SOCAR tərəfindən həyata keçirilən “Gənc İstedadlar Proqramı”na qəbul olunmuşdur.
Bakir hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi (SƏTƏM) ixtisası üzrə 4-cü kurs tələbəsidir və Azərbaycan Mühəndislər Birliyinin SƏTƏM departamentinin üzvüdür.
🎉 Azərbaycan Mühəndislər Birliyi olaraq Bakiri bu uğur münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Siz də belə uğurların bir parçası olmaq istəyirsinizsə, Azərbaycan Mühəndislər Birliyinə qoşulun! 💙
January 28, 2026 - Paylaşdı: Admin