[email protected] +994 99 303 07 01
November 03, 2025 - Paylaşdı: Admin

Azərbaycan Mühəndislər Birliyi peşəkar mühəndisləri Premium Üzv – Mentor proqramına qoşulmağa dəvət edir.

📣 Premium Üzv – Mentor Qəbulu

👉Azərbaycan Mühəndislər Birliyi peşəkar mühəndisləri Premium Üzv – Mentor proqramına qoşulmağa dəvət edir.

👷‍♂️ Ölkənin tək mühəndislik təşkilatına peşəkar mühəndis olaraq siz də qoşulun!

👨‍🏫 Premium Üzv – Mentor kimdir?
Premium üzvlər yalnız təcrübəli mühəndislər arasından seçilir və onlar tələbələrə həm ixtisasları üzrə təlimlər keçərək, həm də fərdi mentorluq dəstəyi göstərərək gələcək mühəndislərin yetişməsinə töhfə verirlər.

🎯 Premium Üzv – Mentor olaraq siz:
🔹 Birliyin rəsmi saytında və sosial şəbəkələrində mentor statusu ilə təqdim olunacaqsınız.
🔹 Mentor Sertifikatı və Premium Üzv kartı əldə edəcəksiniz.
🔹 Birliyin təşkil etdiyi seminar və networking tədbirlərində xüsusi dəvət alacaqsınız.
🔹 Gənc mühəndislərlə işləyərək gələcək istiqamətli əməkdaşlıq imkanları qazanacaqsınız.
🔹 Beynəlxalq təcrübəyə uyğun olaraq CPD (Continuous Professional Development) kredit sistemi ilə fəaliyyətiniz rəsmiləşdiriləcək.

💡 Premium Üzvlər üçün faydalar:
✅ Peşəkar nüfuz və fərqlənmə
✅ Networking və şirkətlərlə əlaqələr
✅ Təcrübə paylaşaraq öyrənmək və inkişaf etmək
✅ Xüsusi təlim və konfranslarda iştirak imkanı
✅ TOT - “Təlimçilər üçün təlim” iştirak
✅ ICE Academia tərəfindən Coach və PMP təlimlərinə 20% endirim
✅ Rəsmi ISSN nömrəli “The Voice of Azerbaijan Engineers” jurnalında ödənişsiz məqalə çapı

📌 Qeyd: Proqrama yalnız ixtisası üzrə ən az 3 il iş təcrübəsi olan mühəndislər müraciət edə bilərlər.

🔗 Qeydiyyat linki: https://forms.gle/UNaYXpJ7qbey8xUR9

#AzərbaycanMühəndislərBirliyi #Mentor #PremiumÜzv #Mühəndislik #Mentorluq #Networking #Peşəkarİnkişaf #GəncMühəndislər #CPD #AZMIIB #AzerbaijanEngineers