[email protected] +994 99 303 07 01
December 14, 2025 - Paylaşdı: Admin

4–5 dekabr tarixlərində "CERTSPMC Services Limited" şirkətinin ofisində Azərbaycan Mühəndislər Birliyinin üzvləri üçün “Davamlı karyera inkişafı” layihəsi çərçivəsində infoseminar və ərazi ilə tanışlıq səfəri keçirilmişdir.

📢 4–5 dekabr tarixlərində "CERTSPMC Services Limited" şirkətinin ofisində Azərbaycan Mühəndislər Birliyinin üzvləri üçün “Davamlı karyera inkişafı” layihəsi çərçivəsində infoseminar və ərazi ilə tanışlıq səfəri keçirilmişdir.

Tədbiri giriş sözü ilə şirkətin direktoru Nazim Hüseynov açaraq iştirakçıları salamlamış, mühəndislik sahəsində kadr hazırlığının gücləndirilməsinin vacibliyini vurğulamış və həyata keçirilən layihələrin gələcək əməkdaşlıqlar üçün mühüm imkanlar yaratdığını qeyd etmişdir. ⚙️

Daha sonra şirkətin Biznes İnkişafı üzrə meneceri Nicat Əhmədov çıxış edərək "CERTSPMC Services Limited" -in fəaliyyət istiqamətləri, təqdim etdiyi xidmətlər, beynəlxalq tərəfdaşlıq əlaqələri və karyeranın davamlı inkişafına yönəlmiş təşəbbüslər barədə geniş məlumat vermişdir. O bildirib ki, 2026-cı ilin yanvar ayında NSL (Lifting, Assurance, Intervention & Training) şirkətinin Azərbaycana planlaşdırılan səfəri gənc mühəndislərə və sahədə çalışan mütəxəssislərə beynəlxalq standartlara uyğun təlim proqramlarından yararlanmaq imkanı yaradacaq. Bu təşəbbüs mühəndislik sahəsində təhlükəsizlik, qaldırma əməliyyatları və texniki nəzarət üzrə yüksək ixtisaslı kadrların yetişdirilməsinə mühüm töhfə verəcək.

Təlim Mərkəzinin meneceri Rəşad Yolçiyev keçiriləcək təlim proqramlarının strukturu, modulları, beynəlxalq sertifikatlaşdırma prosesi və iştirakçıların əldə edəcəyi praktiki biliklər barədə ətraflı təqdimatla çıxış etmişdir. O qeyd edib ki, təlimlər həm yeni başlayan mühəndislər, həm də təcrübəli mütəxəssislər üçün nəzərdə tutulub və onların praktiki bacarıqlarının beynəlxalq səviyyədə gücləndirilməsinə xidmət edir.

Tədbirin sonunda iştirakçılar üçün şirkətin fəaliyyət sahəsi üzrə ərazi ilə tanışlıq təşkil olunmuşdur.

Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!