[email protected] +994 99 303 07 01
November 03, 2025 - Paylaşdı: Admin

“Neft və qaz quyularının qazılması zamanı ətraf mühitin mühafizəsi” mövzusunda sertifikatlı təlim keçiriləcək

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Kimya Texnologiyaları Fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Azərbaycan Mühəndislər Birliyinin birgə təşkilatçılığı ilə ekologiya mühəndisliyi ixtisasında təhsil alan tələbələr üçün “Neft və qaz quyularının qazılması zamanı ətraf mühitin mühafizəsi” mövzusunda sertifikatlı təlim keçiriləcək.Öz bilik və bacarıqlarınızı daha da genişləndirmək, mövzu ilə bağlı ətraflı məlumat əldə etmək istəyirsinizsə, bu təlim sizin üçün nəzərdə tutulub!

Təlimçi: Bəylərli Əfqan
Mövzu: Neft və qaz quyularının qazılması zamanı ətraf mühitin mühafizəsi

🔹SOCAR Kompleks Qazma İşləri Tresti Ətraf mühitin mühafizəsi şöbəsi-baş mühəndis (2012-hal-hazırda)

🎓Təhsili:
📌Bakı Dövlət Universiteti bakalavr təhsili Ekoloji-kimya (2006-2010)
📌Azərbaycan Texniki Universitetində magistr təhsili Ekologiya mühəndisliyi (2020-2022)

📆 Tarix və saat: 18 Oktyabr, 10:30
🚨 Qeydiyyat üçün son tarix: 15 Oktyabr, 18:00
📍 Məkan: ADNSU 543-cü Auditoriya

Qeydiyyat linki: https://forms.gle/6zpKa8A7isqZFc7a8

📌Təlim yalnız ADNSU tələbələri üçündür və iştirak edən hər kəsə sertifikat veriləcək.Yerlər məhdud saydadır qeydiyyatdan keçməyə tələsin.

📌 Dəqiq və düzgün məlumat üçün formu Azərbaycan dilinin rəsmi yazı qaydalarına uyğun doldurmağınız xahiş olunur.Əks halda qeydiyyatınız qəbul edilməyəcək.