[email protected] +994 99 303 07 01
March 05, 2026 - Paylaşdı: Admin

“Layihə Mühəndisliyinin əsasları” adlı təlim uğurla başa çatdı!

📣 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi üzvlük Proqramı çərçivəsində İnşaat mühəndisliyi üzrə “Layihə Mühəndisliyinin əsasları” adlı təlim uğurla başa çatdı!


Təlim Nərmin İsmayılova tərəfindən təqdim olundu və iştirakçılara  layihə mühəndisliyinin əsas anlayışları, layihənin başlanması və planlaşdırılması, resurs və vaxtın idarə olunması, xərclərin və risklərin qiymətləndirilməsi, eləcə də layihənin icrası və nəzarət mexanizmləri haqqında geniş biliklər qazandırıldı.


📍 Təlimin əsas mövzuları:

🔹 Layihə anlayışı və əsas prinsiplər

🔹 Layihənin planlaşdırılması

🔹 Layihə sənədləşməsi

🔹 Tikinti sahəsində layihə idarəetməsi

🔹 Risklərin idarə olunması

🔹 Vaxt və xərc idarəetməsi


Təlim zamanı iştirakçılarla interaktiv müzakirələr aparıldı və nəzəri biliklər praktiki tapşırıqlarla möhkəmləndirildi.


Bu dəyərli və peşəkar təqdimat üçün Nərmin İsmayılovaya təşəkkür edirik! 💙


Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 🚀