[email protected] +994 99 303 07 01
September 21, 2025 - Paylaşdı: Admin

"Gələcəyin Mühəndisləri” proqramının uğurlu bir nəticəsi!

🎓 Proqramı yüksək nəticə (96.6%) və diplom ilə bitirən İbrahim Şirinov, Hydrotech şirkətində Avtomatika mühəndisi vəzifəsinə işə qəbul olunub!

İbrahim hazırda Azərbaycan Neft və Sənaye Universitetində Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbəsidir.

Onun ixtisasına olan həvəsi və proqram müddətində qazandığı nəzəri və praktiki biliklər, mühəndislik bacarıqları 3-cü kursdan etibarən karyerasına başlamasının açarı oldu.

🎉 Azərbaycan Mühəndislər Birliyi olaraq İbrahimi bu böyük uğur münasibətilə səmimi qəlbdən təbrik edirik!

Siz də belə uğurların bir parçası olmaq istəyirsinizsə, Azərbaycan Mühəndislər Birliyinə qoşulun!💙